Use this space to put some text. Update this text in HTML

468x60 banner ad

Müəllif

Müəllif

28 Mart 2020 Cumartesi

LEKSİKA

LEKSİKA


  • Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini (leksikasını) təşkil edir.
  • Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.
  • Dilimizdəki sözlərin həm leksik, həm də qrammatik mənası olur.
  • Leksik məna: Hər bir sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz əksini tapır.
          Əsgəri  –   1. hərbi xidmətə, əsgərliyə aid.
                      2. Üzüm növlərindən birinin adı.

Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:

  1.  Həmin sözə yaxın mənalı söz seçməklə: ( özül-təməl-bünövrə).
  2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə (dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan peşə sahibi).
  3.  Mürəkkəb sözün hissələrinin mənasını açmaqla: (dağlıq – dağ olan ərazi, sahə; mürəkkəbqabı – içində yzı üçün mürəkkəb saxlanılan qab).
  4. Sözə əks mənalı söz seçməklə: ( ağıllı – axmaq, quzey – güney).
       Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir: kitab – isim, qaçmaq – fel, yüz – say, da – bağlayıcı.

 Sözün həqiqi və məcazi mənası:

       Sözün ilkin, əsas mənası onun həqiqi (dominant) mənasıdır.
       Məsələn: daş divar, ağıllı insan.
       Sözün sonradan qazandığı törəmə mənası isə onun məcazi mənasıdır. Məcazi məna çox vaxt bənzətmə (epitet) vasitəsilə və ya insanlara məxsus hərəkətlərin əşyalara aid edilməsi (metafora) yolu ilə yaranır.
       Məsələn: dəmir iradə, yumşaq söz.Günəş gizləndi. Təbiət gülür.

Təkmənalı və çoxmənalı sözlər:

       Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: moruq, avtobus, yaşıl, sığırçın, səkkiz, yaraşıqlı, dənizçi və s.
       Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlərin əsas məna ilə bağlı əlavə mənaları olur:
Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı.
Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək.
Acı – acı dərman, acı söz, acı xatirə.
       Çoxmənalı sözlərdə sözün mənalarından biri həqiqi, qalanları isə məcazi mənada işlədilir.
       Çoxmənalılığı təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
       Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
       Dilimizdəki çoxmənalı sözlər: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad, yol, yaymaq, ayaq, ağ, ağır, boğaz, bişmək, çevirmək, çıxmaq, ətək, yüngül, kəsmək, getmək, yüksək, soymaq, qalmaq, baxmaq.

Omonimlər:

       Deyilişi ilə yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
       Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur: bal – 1. ərzaq, məclis, xal.
   yağ – 1. ərzaq, hərəkət.
       Sözün omonim mənaları həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər: kök.
       Zahirən omonimə bənzəyən sözlər – omofon, omoqraf, omoform, paronim.
        paronim – həyət-həyat, atlas-atlaz, şahid-şəhid.
       omoqraf – alma-alma, əkin-əkin.
       omoform – şəkilçi ilə qara baxıram, qara rəng.
       Xüsusi isimlər – Mehriban – mehriban(sifət) omonim deyil.
       nərə, əyan, bəzən sözləri də omonim deyil.

Omonimlər iki formada olur:

  1. Leksik omonimlər: Yuxarıda haqqında danışdıqlarımız.
  2. Qrammatik omonimlər: Eyni cür yazılıb, eyni cür tələffüz olunur.
  • Həm əsas, həm köməkçi nitq hissəsi olanlar: görəsən(fel, modal söz), sarı (qoşma, sifət)
  • Həm söz, həm şəkilçi olanlar: -la, lə (qoşma, şəkilçi)
  • Şəkilçilərin omonimliyi: -ıb (nəqli keçmiş, feli bağlama),    -ma(isim düzəldən, felin inkarı).

Həm çoxmənalı, həm omonim olan sözlər: kök, qol, dolu, yay, at, tut, aş, boğaz, üz, düz, yar, az.
Çoxmənalı söz bütün məna çalarları ilə eyni söz sayılır, lakin omonimlərin hər məna tayı bir leksik vahiddir.

Sinonimlər:

       Deyilişi ilə yazılışı müxtəlif, lakin mənaları eyni, yaxud yaxın olan sözlərə deyilir.
       Sinonimləri mütləq və nisbi olmaqla iki yerə bölmək olar.
       Mütləq sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir: eynək – çeşmək – gözlük, adam – insan, memar – arxitektor, oturmaq - əyləşmək, qurd – canavar.
       Belə dubletlər də deyilir.
       Nisbi sinonimlər hər yerdə bir-birini əvəz edə bilmirlər: yüksək – hündür, gözəl – göyçək – yaraşıqlı – qəşəng, ürək – könül – qəlb.
       Sinonim taylar eyni nitq hissəsinə aid olur.

Antonimlər:

       Leksik mənalarına görə bir-birinin əksi olan sözlərə antonim deyilir.Əsl antonimlik müxtəlif sözlərin əksliyi şəklində təzahür edən leksik antonimlərdir: ağ – qara, dost – düşmən, gülmək – ağlamaq.
       Ağıllı və ağılsız sözləri əks mənaları versələr də, kökləri eyni olduğundan antonim deyillər.
       Antonim qarşılıqlar da, eyni nitq hissəsinə mənsub olur.
       Qrammatik antonimlik:                    
A) şəkilçilərlə: -lı4,-sız4; -araq2, -madan2, bi-, ba-; na-, -lı4.
B) Köməkçi nitq hissələrinin antonimliyi: əvvəl-sonra.

Ümumişlək və ümumişlək olmayan sözlər:

  • Ümumişlək sözlər: Mənası hər kəs tərəfindən başa düşülən və nitqdə fəal işlədilən sözlərə deyilir. Belə sözlər lüğət tərkibinin fəal hissəsini – lüğət fondunu təşkil edir: ev, həyət, meyvə, məktəb, kitab, demokratiya, pasport və s.
  • Ümumişlək olmayan sözlər:
  1. Terminlər (peşə-sənət, ixtisas sözləri)
  2. Arxaik sözlər (köhnəlmiş sözlər)
  3. Neologizmlər (yeni sözlər)
  4. Dialekt (şivə) sözləri

Terminlər:

       Müxtəlif elm sahələrinə aid olan söalər termin adlanır: sintaksis, xitab, ədat (dilçilik), tangens, sinus, diskriminant (riyaziyyat), difraksiya (fizika), aldehidlər, valentlik (kimya),  onkologiya, kardiologiya (tibb).
       Terminlərin çoxu alınma mənşəli olur. milli mənşəli terminlər, əsasən, humanitar elm sahələrində işlədilir.
       Bəzi terminlər omonimlik xüsusiyyəti daşıyaraq həm də ümumişlək söz kimi işlənir: sifət, say, xəbər, güc, qüvvə, vurma, bölmə, boğaz, təyin, enerji, bağlayıcı, surət, ahəng.
       Terminlərə ixtisas sözləri də deyirlər.

Yeni sözlər:

       Cəmiyyətin, elm və texnikanın, məişətin inkişafı ilə bağlı dilə gələn sözlərdir. Bu sözlər ən son dövrlərdə dilə daxil olmuşdur və hələ ümumişləklik xüsusiyyəti qazanmamış sözlərdir.
       Neologizmlər iki yolla yaranır:
       Dilin öz daxili imkanları hesabına: əyləc, dabankeş, öndər, çağdaş, dönəm, nəfəslik, çimərlik, soyad, duyum, toplum, dəstəkləmək, yayım, bağımsız, yetərsay, toplu, soyqırım, açıqca.
       Alınma sözlər hesabına: market, menecment, menecer, gender, monitorinq, mobil, faks, sayt, çap, podium, distribüter, eksklüziv, printer, mer, spiker, internet, gender, tender.

Alınma sözlər:

  1. Tərkibində qoşa sait işlənmiş sözlər: saat, zəif, müavin, maaş, təəccüb.
  2. Ahəng qanunu pozulan sözlər: dahi, cəza, məharət, cəsarət, buldozer, xəyanət, mahir.
  3. Əvvəldə yanaşı işlənmiş samitlər: kran, briqada, flora, plaş, brezent, ssenari, traktor. (srağagün öz sözümüzdür).
  4. Sonda iki samit işlənmiş sözlər: sort, stend, dərd, bənd, qənd.(dörd, yurd, dinc, qırx, qazanc, sevinc, inanc, gülünc sözlər özümüzündür).
  5. R ilə başlayan sözlər: rahat, Rasim, rəvan, rele, real, rezin, rota.
  6. Tərkibində j samitli sözlər: qaraj, jaket, müjdə, Əjdər, Jalə.
  7. Sonu o, ö, e saiti ilə bitən sözlər: qane, metro, təvazö, sənaye, fortepiano.
  8. Vurğusu son hecaya düşməyən sözlər: amma, lakin, opera, leksika, lirika, balina, amper, kompas, norma.
  9. Tərkibində uzun sait işlənmiş söz: şölə, arif, tacir, nümunə, qənimət, şöbə, etiraf.
  10. Ön şəkilçili sözlər: biçarə, namünasib, anormal, laməkan, laməzhəb.
  11. Tərkibində eynicinsli qoşa samitlər işlənmiş sözlər:  qüllə, müddət, rəssa, təyyarə, mürəbbə.
  12. Elm, təhsil, dinlə bağlı sözlər: namaz, tədris, ziyarət, məşədi, alim, islam, tarix.
  13. Fleksiyaya uğramış sözlər: şeir-şair, nəzm-nazim.
  14. Sonu qoşasamitli birhecalı sözlər: fənn, hədd, şəkk, həll.
  15. Vaxtilə apostrofla yazılmış sözlər: məlun, Məsud, Sənan, mötərizə, şölə, əla.

Frazeoloji birləşmələr:

  • Dilimizdə hazır şəkildə olan birləşmələrdir.
  • Bunlara sabit söz birləşməsi də deyilir.
  • Birlikdə cümlənin mürəkkəb üzvü olur.
  • Məcazi mənada işənən birləşmələrdi
  • Olmaq, etmək  sözləri ilə frazeoloji birləşmə yaranmırş- Kömək etmək,  xain olmaq.
  • Üzünə ağ olmaq – istisnadır.

Frazeoloji birləşmələrdə də omonimlik, sinonimlik, antonimlik  mövcuddur.
       Omonimlik:
 üz vermək – Ona xoşbəxtlik üz verdi.
                       Üz verəndə astar istəyir.
cana gəlmək – Xəstə bir az cana gəlmişdi.
                          Onun əlindən lap cana gəlmişəm.
       Sinonimlik:
özündən çıxmaq – hirsi başına vurmaq
acığı gəlmə - zəhləsi getmək.
dərd çəkmək – qəm dəryasına qərq olmaq.
       Antonimlik:
dil-dil ötmək – ağzına su almaq
xoşu gəlmək – zəhləsi getmək
can deyib can eşitmək – kölgəsini qılınclamaq.







FONETİKA

FONETİKA

Danışıq səslərini öyrənir.
Dodaqlar, dil və səs telləri danışıq səslərini formalaşdıran fəal üzvlərdir.
Danışıq səsləri yazıda hərflərlə işarə olunur.
Danışıq səsləri iki növə bölünür: saitlər və samitlər

Saitlər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Onların səslənməsində avaz olur.Saitlər həm də heca əmələ gətirirlər.

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]

Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var: 

1. Qalın saitlər (dilarxası) : [a], [ı], [o], [u]
   İncə saitlər (dilönü) : [ə], [i], [ö], [ü], [e] 

2. Qapalı saitlərv (dar): [ı], [i], [u], [ü]
   Açıq saitlər (geniş): [a], [ə], [o], [ö] [e]

3. Dodaqlanan saitlər: [o], [ö], [u], [ü] 
   Dodaqlanmayan saitlər: [a], [ə], [ı], [i], [e]

Uzun tələffüz olunan saitlər:

* Əsasən, ərəb mənşəli bəzi sözlərdə saitlər uzun tələffüz olunur.
[a:] – hakim, əfsanə 
[e:] – memar, elan:
[ə:] – təlim, məna
[ö:] – şölə, mötəbər, tövbə [tö:bə] 
[u:] – səbuhi, xüsusi
[i:]  – sima, zinət
[o:] – sonra [so:ra], dovşan [do:şan].

Dilimizdə [ı], [ü] saitləri isə uzun tələffüz olunmur. İstisan olaraq üfüqi sözündə -ü saiti uzun tələffüz olunur: [ üfü: qi ]

Samitlər:

Samitlərin tələffüzündə ağız boşluğunda müxtəlif maneələrə rast gəlinir.  Samitlər səs tellərinin iştirakına görə iki yerə bölünür:

1.  Kar samitlər - təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
2.  Cingiltili samitlər- tələffüzündə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

Cingiltili
[b]
[q]
[v]
[ğ]
[d]
[j]
[z]
[y]
[g]
[c]
[l]
[m]
[n]
[r]
-
Kar 
[p]
[k']
[f]
[x]
[t]
[ş]
[s]
[x']
[k]
[ç]
-
-
-
-
[h]


[l], [m], [n], [r] samitlərinin kar, [h] samitinin cingiltili qarşılığı yoxdur. Bunlar Sonor samitlər adlanır.
[m], [n] samitlərinin əmələ gəlməsində hava axını, əsasən, burun boşluğundan çıxır. Həmin samitlərə burun samitləri deyilir.

Dilimizdə 25 samit səs 23 hərflə ifadə olunur. [k'], [x'] samitlərini ifadə etmək üçün xüsusi hərf yoxdur, onlar k hərfi ilə göstərilir.

Qoşasaitli sözlərin yazılışı və tələffüzü:

Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur: maaş - [ma:ş], təəssüf - [tə:ssüf], bədii - [bədi:]. Lakin eynicinsli o ilə yazılan sözlər vurğusuz və uzadılmış [a:] kimi tələffüz olunur: kooperasiya - [ka:perasiya].


Tərkibində ai, əi, iə ( bəzən io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir: ailə - [ayilə], zəif - [zəyif], təbiət - [təbiyət], radio - [radiyo], iaşə - [iyaşə], maneə - [maniyə], təqaüd - [təqayüt], teatr - [tiyatr]  - Səsartımı  

Əa, üa, üə birləşmələrində birinci tələffüz olunmur, ikinci sait uzun tələffüz olunur.

Müəllim [mə:llim], əmioğlu [əmoğlu], dayıoğlu [dayoğlu] - Səsdüşümü

Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual sözləri yazıldığı kimi tələffüz olunur.


Qoşasamitli sözlərin yazılışı və tələffüzü:

Eynicinsli qoşa kk, pp və tt yazılanlar: səkkiz [səkgiz], əlbəttə [əlbətdə], hoppanmaq [hopbammax].
Eynicinsli qoşa qq hərfləri ilə yazılanlar: diqqət [dik'qət].

Bb, cc, dd, ff, ll, mm, nn, rr, vv, ss, şş, zz fərq olmur.

Qoşa yy yazılanlar:
1. Bir y ilə tələffüz olunanlar: kəşfiyyat [kəşviyat], bələdiyyə [bələdiyə].- İyyat , - iyyət, - iyyə şəkilçisi 
2. İki yy ilə tələffüz olunanlar: səyyar [səyyar], təyyarə [təyya:rə]. (Sözün kökündə olarsa )

Söz ortasında iki kar samitdən ikincisi cingiltili olur: isti [isdi], təşkil [təşgil], döyüşkən [döyüşgən].

Söz ortasında n samitindən sonra b,m samitlərinin işlənməsi: günbəz [gümbəz], dinməz [dimməz].

Q samitindən sonra kar və cingiltili samitlərin işlənməsi:
nöqsan [nök'san], miqyas [miqyas], qonaq otağı [ qonağ ], qonaq stəkanı [qonax] - milli sözlərdə

K samitindən sonra samit gələrsə:
məktəb [məx'təb], küləkli [küləx'li], çiçək ətri [çiçəy], çiçək səbəti [çiçəx’] - milli sözlərdə

Alınma sözlərdə: iştirak, şərik- şərikin, iştirakın

* Mələk istisna – mələyin

Sözün sonunda iki samit işlənən təkhecalı sözlər: fənn, haqq, hədd, həll, hiss, xətt, sədd

Ahəng Qanunu

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə deyilir: baxışlar, zəiflik, anadan.

Əsl Azərbaycan mənşəli sözlər ahəng qanununa tabe olur. (İşıq, ilan, ilğım, inam, inanmaq, işıldamaq, iraq, ilxı, ildırım, işartı, quzey, tikan sözləri istisnadır).

Alınma sözlərdə, əsasən, ahəng qanunu olmur: hakim, şüa, səfa, libas və s.
Bəzi alınma sözlər zahirən ahəng qanununa tabe olur: qələm, dəftər, məktəb, bülbül, münsif.

Əslində ahəng qanununa tabe olmayan alınma sözlərin bir qismi ahəng qanununa uyğunlaşdırılmışdır: adəm-adam, maqazin-mağaza, qazeta-qəzet,  faidə-fayda.

Ahəng qanunu kök və şəkilçi qovşağında daha möhkəm və sabit olur. Hər hansı bir sözə dilimizə aid şəkilçi artırsaq o, hökmən sözün son hecasınn ahənginə uyuşmalıdır: təyyarəçilər, kitabdan. Bu xüsusiyyətinə görə ahəng qanunu həm də morfoloji hadisədir. Ümumiyyətlə ahəng qanunu morfonoloji hadisə sayılır.
Alınma şəkilçilər bir cür yazıldığı üçün ahəng qanununa tabe olmurlar: bərbərxana, xeyirxah, inqilabi.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə deyilir. Sözdəki hecaların sayı saitlərin sayına bərabərdir.
  • Saitlə qurtaran heca açıq heca adlanır: a-ta, sü –ni.
  • Samitlə bitənlər qapalı heca adlanır: məh-sul, mək-təb.
Azərbaycan dilində samit səs, əsasən, özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: danışıq, kü-lək.

İki samit səs saitlərin əhatəsindədirsə, birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil olur: mək-təb, sər-raf.

Söz ortasında üç samit yanaşı işlənərsə: gənc-lər, dinc-lik, sen-tyabr, ak-tyor, kon-kret.

Köklə şəkilçi birləşməsində iki sait yanaşı işləndikdə araya bitişdirici samit artırılır: o-na, bu-na, su-yu, ata-sı.

Sözün sətirdən sətrə keçirilməsi:

Sözün əvvəlində təkcə saitdən ibarət heca sətrin sonunda qala bilmədiyi kimi, sözün sonunda olan təkcə saitdən ibarət heca da sonrakı sətrə keçirilə bilməz: i-şa-rə, ü-lə-ma, bə-di-i.

Rəqəmlə yazılan saylara aid şəkilçiləri rəqəmdən ayırıb yeni sətrə keçirmək olmaz: 1955//ci, 10 //dan.

Soyadların yanında olan qısaltmaları sətrin sonunda saxlayıb, soyadı yeni sətrə keçirçək olmaz: İ //Əfəndiyev, Ə //Cəbrayılov.

Rəqəmlə yazılan miqdar sayının yanındakı ixtisarı və ya faiz əlamətini yeni sətrə keçirmək olmaz: 15 //kq, 100 //%, 18 //m/

Mürəkkəb adların ixtisarlarını hecalara ayırıb keçirmək olmaz: AŞ // PA, NA //TO.

Əlifba

Bütün hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifbada hərflər quruluşuna görə böyük və kiçik olur. Hər bir hərfin çap və əlyazma forması vardır. Əlifbamızda 32 hərf vardır. Bizim əlifbamız latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycanda 1929-cu ilədək ərəb, 1929-1939 latın, 1939-2001 kiril əlifbalarından istifadə edilmişdir. 2001-ci ilin avqustun 1-dən Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə bütövlükdə latın qrafikasına keçilmə təmin edilmişdir.

Vurğu

İki əsas növü vardır:
1. Heca
2. Məntiqi


Sözdəki hecalardan birinin o birinə nisbətən qüvvətli deyilməsinə deyilir. 

Dilimizdəki sözlərin çoxunda vurğu son hecaya düşür: Azərbayca'n, şahi‘n, epilo‘q, atla‘z, istiqlaliyyə‘t, kassi‘r, monastı‘r, iməcili‘k, servi‘z.Bu prinsip bir çox alınma sözlərdə pozulur: a‘tlas, a‘gent,, e‘kspert, ka‘mera, ma‘mont, meta‘fora, filo‘sof, la‘kin, se‘rvis.

Bəzi Əsl Azərbaycan sözlərində, sifətin çoxaltma dərəcəsində olan sifətlərdə vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır: ba‘yaq, dü‘nən, bil‘dir, ni‘yə, ne‘cə, san‘ki, a‘ncaq, gö‘mgöy, sa‘psarı, qu‘pquru.

Söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir, buna görə də heca vurğusu keçici sabit vurğu sayılır: insa'n – insanla'r , məktə'b – məktəbli' – məktəblilərdə'n.

Vurğu qəbul etməyən şəkilçilər:
1. –gil: əmi‘mgil, Elçi‘ngil.
2. –ov, -yev, -ova, -yeva : Əli‘yev, Pir‘yev.
3. İsmə aid xəbərlik şəkilçiləri: müəlli‘məm, vətənda‘şsan, ağıllı‘dır.
4. Felin inkar şəkilçisi – ma, mə: ya‘zma, gə‘lmə.
5. Felin nəqli keçmiş, indiki, qəti gələcək və qeyri-qəti gələcək zamanından sonra gələn şəxs şəkilçiləri: yazmı‘şam, gələcə‘yik, yaza‘rsınız.
6. İdi hissəciyinin qısa şəkli: gələcə‘kdi.
7. İmiş hissəciyinin qısa şəkli: oxuya‘rmış.
8. İsə hissəciyinin qısa şəkli: gələ‘rsə.
9. –madan, mədən: ya‘zmadan.
10. –arkən , -dıqca, -ınca şəkilçisinin ikinci hecası: qaça‘rkən.
11. Felin əmr II şəxsinin cəm şəkilçisi -ın: ya‘zın.
12. –lar şəkilçisi ismə, felin əmr, şərt və şühudi keçmiş zamana artırıldıqda vurğu qəbul edir: gəlsələ‘, oxudula‘r, insanla‘r.
13. Zərf düzəldən -la, -casına, -ən, -ca: ehtiya‘tla, da‘xilən, qəhrəma‘ncasına, ru‘sca.
14. İlə qoşmasının qısa şəkli: qata‘rla, qələ‘mlə.
15. –ca qoşması: uşa‘qca.
16. –mı ədatı: yazdı‘nmı, gördü‘nmü.
17. –cə modal sözdə: sə‘ncə, zənni‘mcə.

Orfoqrafiya qaydaları

O saitli alınma sözlər: kompyuter, avtomat, biologiya, ensiklopediya, velosiped, kollektiv, kombinat, laborant, professor, motor, polkovnik. 

O saiti vurğusuz deyilərkən [a] kimi tələffüz olunur.

Ü saitli alınma sözlər: alüminium, bülleten,  büllur, büro, jüri

Yazıldığı kimi tələffüz olunanlar: heyif, meyil, şeir, qəbir, qədir, eyib, səbir, sətir, nəsil, fəsil, şəkil, zehin, isim, cisim.

Bir saitlə yazılanlar: qəbz, qəsr, əmr, zülm, nəbz, nəsr, nəfs, hüzn, həsr, hökm, üzr, üzv, həbs, kəsr, sədr, sehr, rəhm, hərf.

ilə yazılan sözlər: kombinat, kombayn, kömbə, pambıq, hambal, peyğəmbər, tramvay, qumbara.

Əsli q samitli alınma sözlər g ilə yazılır: genezis, general, gigiyena, gimnastika, gitara.

Kimyəvi element adları əslinə uyğun yazılır: kalium, maqnezium, natrium.

Rus dilində tərkibində Ц olan ümumi isimlər s ilə yazılır: lisey, dosent, konsert, sement, sirk (vitse istisnadır).

-mı sual ədatı da, də-dən ayrı yazılır: Sən də mi razısan?

-vari şəkilçisi bir cür yazılır: üzükvari, qalxanvari, buynuzvari.

Alındığı dildə qoşa samitlə yazılan sözlər: ekspres, kilovat, kiloqram, metal, sərhəd, proses, hüsnxət.
Ssenari, planetari, profilaktori, sanatori.

H ilə yazılanlar: hotel, himn, hektar, hegemon, hidrogen, hospital.